→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Əli HƏSƏNOV: Abşeron rayonu ərazisində məcburi köçkünlər üçün böyük şəhərcik salınacaq

"Şəxsi evlərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsinə artıq başlanılıb. İndiyədək 400-ə qədər məcburi köçkün belə evlərdən çıxarılıb. Avropa İnsan Hüquqları Məhkəməsinin də bununla bağlı bir neçə qərarı var. Həmin qərarlar da icra olunub".
APA-nın xəbərinə görə, bu fikri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, həm 2007-ci ildə, həm də 2011-ci ildə məcburi köçkünlərlə bağlı həyata keçirilən Dövlət proqramlarında şəxsi evlərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub:
"Bu il və gələn il Bakı şəhərindəki yataqxanalardan məcburi köçkünlərin böyük bir qismi köçürüləcək. Bunun üçün Abşeron rayonunun Qobu qəsəbəsində 200 hektar yer ayrılıb. Burada məcburi köçkünlər üçün çox böyük şəhərcik salınacaq".
Baş nazirin müavini, həmçinin 2011-ci il yanvarın 1-dən əvvəl doğulan və valideynlərindən biri məcburi köçkün olmayan şəxslərin çörək pulu ala bilməməsinə də münasibət bildirib: "Belə hallar varsa, bu, yerli icra hakimiyyəti orqanlarının günahıdır, onlar sənədləri vaxtında təqdim etməyiblər. Qərar qəbul edilən günə qədər doğulan məcburi köçkünlər çörək pulu almalıdırlar".

8 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar