→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin ilkin statistikası açıqlandı

Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin ilkin sayı 75 min nəfərdən çoxdur. Bunun 29 mindən çoxu Şuşa sakini, 13 mini Xocalı, 11 mini Xocavənd, 15 mini Xankəndi şəhərindən məcburi köçkün düşmüş həmvətənlərimizdir.
Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov Dağlıq Qarabağın azərbaycanlı icmasının yekun sayının dəqiqləşdirilməsində problemlərin də olduğunu demişdir: "Ağdərə rayonu ləğv olunduğu üçün onun əhalisinin dəqiq sayı müəyyənləşdirilməyib. Bu yöndə də işlər davam etdirilir. Həmin əhali müxtəlif bölgələrdə məskunlaşıb. Ümumiyyətlə, sayın dəqiqləşdirilməsi prosesi çox mürəkkəbdir və vaxt tələb edir. Təsəvvür edin ki, icmanın üzvləri ölkəmizin, demək olar ki, bütün rayonlarında məskunlaşıblar. Təkcə Şuşa sakinləri 59 rayonda, 220 yaşayış məntəqəsində məskunlaşıb... Bilirsiniz ki, bir müddət əvvəl bir qrup ziyalı Dağlıq Qarabağa səfər etdi. Orada müxtəlif görüşlər keçirildi, həm də müşahidələr aparıldı. Ümümi fikrim bundan ibarətdir ki, hazırda erməni mənbələrinin Dağlıq Qarabağdakı erməni icmasının sayı ilə bağlı məlumatları həqiqətdən tamamilə uzaqdır. Münaqişə başlayandan sonra Qarabağdan ermənilərin əksəriyyəti çıxıb gediblər. Sonradan bu ərazilərə köçürülənləri nəzərə almasaq, Dağlıq Qarabağda yaşayan ermənilərin sayı o qədər də çox deyil. Çünki orada həyat səviyyəsi çox aşağıdır".

3 Avgust 2011, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar