→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Bakıda növbəti çovğun gözlənilir

Bakıda şaxtalı hava şəraiti fevralın 5-dən sonra da davam edəcək. Bu barədə cümə günü "Trend"ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilmişdir.
Məlumata görə, Bakıda fevralın 4, 5, 6-da gecə saatlarında havanın temperaturu 5-10 dərəcə şaxta olacaq. Fevralın 4-5-də Bakıda gündüz saatlarında temperatur 0 dərəcədən mənfi 1 dərəcəyədək şaxta olacaq.
Məlumatda, həmçinin bildirilib ki, fevralın 6-da gündüz saatlarında temperatur müsbət 2 dərəcəyə qədər artsa da, fevralın 7-dən yenidən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olacağı və havanın kəskin pisləşəcəyi, çovğunla müşahidə olunacaq qarlı və şaxtalı hava şəraiti proqnozlaşdırılır.

 

4 Fevral 2012, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar