→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

Fevralın 7-də xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Aİ arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin xarici siyasətimizin əsas prioritetlərindən olduğunu vurğulayan nazir demişdir ki, bu münaqişə Azərbaycan üçün ən böyük problemdir. E.Məmmədyarov bildirmişdir ki, münaqişənin nizamlanması üçün ən böyük maneə Azərbaycan torpaqlarının hələ də işğal altında olması faktıdır. Status-kvonun dəyişdirilməsinin əhəmiyyətindən danışan nazir bu istiqamətdə atılması vacib olan ilk addımın işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılması olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.

AzərTAc

8 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar