→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Avropada soyuqdan ölənlərin sayı 200-ə çatır

Avropada şiddətli soyuqlardan ölənlərin sayı 200-ə yaxınlaşır. Ukraynada son bir gündə 38 nəfər həlak olmuşdur. Beləliklə, bu ölkədə soyuqdan ölənlərin sayı 100-ü keçmişdir. Odessa sahillərində Qara dəniz donmuşudur.
Türkiyənin Kahramanmaraş bölgəsində 8 yaşlı uşaq evdə donaraq ölmüşdür.
Rumıniyada da 4 aylıq körpə soyuqdan donmuşdur. Bu ölkədə soyuğun qurbanlarının sayı 24-ə çatmışdır. Dunay çayının Rumıniyadan keçən hissəsinin 80%-i donmuşdur.
Polşada ölənlərin sayı 30, Bolqarıstanda isə 10 nəfərdən çoxdur.
İtaliyada soyuq 7 nəfərin həyatına son qoymuşdur.
Hollandiyanın Rotterdam şəhərindəki Avropanın ən böyük limanına soyuq hava şəraiti üzündən gəmilər daxil ola bilmir.
Aralıq dənizindəki limanları açmaq üçün buzqıran gəmilərdən istifadə olunmur.
Meteoroloji qurumlar Avropada şiddətli soyuqların gələn həftənin əvvəlinədək sürəcəyini bildirirlər.

7 Fevral 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar