→ MƏKTUBLAR  /  Bütün xəbərlər  /

Hindistan Respublikasının Prezidenti zati-aliləri xanım Pratibha Devisinqh Patilə

Hindistan Respublikasının Prezidenti zati-aliləri xanım Pratibha Devisinqh Patilə
Hörmətli xanım Prezident!
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Hindistan münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 yanvar 2012-ci il

26 Yanvar 2012, Cümə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar