→ QANUNLAR  /  Bütün xəbərlər  /

Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği
2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 dekabr 2011-ci il

21 Dekabr 2011, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar