→ QANUNLAR  /  Bütün xəbərlər  /

Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1. Ehtiyac meyarının həddi
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat məbləğində təsdiq edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 dekabr 2011-ci il

 

21 Dekabr 2011, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar