→ MÜSAHİBƏ  /  Bütün xəbərlər  /

Nuşirəvan Məhərrəmli: Hazırda Azərbaycanda 15-dən çox teleserialın çəkilişi gedir

Hazırda Azərbaycanda 15-dən çox teleserialın çəkilişi gedir. Bunu bazar ertəsi "Trend"ə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli demişdir.
Onun sözlərinə görə, bütün telekanallarda bunun üçün hazırlıq işləri gedir: "Artıq bir neçə kanal müəyyən teleserialları çəkib. Bir neçəsinə artıq biz baxmışıq. Bəziləri bizi qane edir, bəziləri yox. Ancaq hər halda proses başlayıb, aktiv olaraq gedir və mart ayından bu proses daha da sürətlənəcək".
Mayın 1-nə qədər Azərbaycan telekanallarında yayımlanan bütün xarici seriallar başa çatacaq. Telekanallar hamısı bu barədə məlumatlandırılıb və öz işlərini buna uyğun qurub.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası artıq 2012-ci il may ayının 1-dən Azərbaycanda xarici serialların yayımının dayandırılması ilə bağlı qərar qəbul etmişdir.

 

 

 

21 Fevral 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar