→ MÜSAHİBƏ  /  Bütün xəbərlər  /

Nikolay SNOPKOV: Azərbaycan elminin potensialı belaruslu ziyalılara böyük töhfə verə bilər

Bakı çox gözəl şəhərdir. İlk dəfədir ki, ölkənizə gəlirəm. Azərbaycan xalqının qonaqpərvərliyi, Bakıdakı binaların memarlıq üslubu valehedicidir. 
Bu sözləri ölkəmizdə səfərdə olan Belarusun iqtisadiyyat naziri Nikolay Snopkov demişdir.
Belaruslu nazir vurğulamışdır ki, səfər zamanı qarşılıqlı fikir mübadiləsi aparılacaq, əməkdaşlığın perspektivləri müzakirə ediləcəkdir. Həmçinin, iqtisadi əməkdaşlığın daha da fəallaşdırılması, Belarusda və Azərbaycanda müştərək investisiya və innovasiya layihələrinin həyata keçirilməsi məsələləri, habelə biotexnologiya, nanotexnologiya, informasiya-kommunikasiya texnologiyaları və elm sahələri əsas müzakirə mövzusu olacaqdır. Çünki Azərbaycan elminin potensialı belaruslu ziyalılara böyük töhfə verə bilər.
Qonaq onu da qeyd etmişdir ki, bu səfər əməkdaşlıq əlaqələrini daha da gücləndirəcəkdir.

22 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar