→ MÜSAHİBƏ  /  Bütün xəbərlər  /

Bahar MURADOVA: Fransada senatorların ermənipərəst qanuna qarşı çıxmasında Mehriban xanım Əliyevanın böyük rolu olmuşdur

"Fransa Senatında qəbul edilən qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanuna senatorlardan kimlərsə qarşı çıxırsa, burada Mehriban xanım Əliyevanın da rolu olduğunu bilməlisiniz". Modern.az saytı bildirir ki, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova "Sənədlə bağlı Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun hansı istiqamətdə fəaliyyət göstərəcəyi" barədə sualına cavabında demişdir.
Bahar Muradovanın fikrincə, bu məsələ ilə bağlı Prezident İlham Əliyevin də gözəl fikri var: "Qardaşın qardaşı üçün etdiklərini reklam eləməzlər":
"Bildiyiniz kimi, Azərbaycan- Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Mehriban Əliyeva rəhbərlik edir. Onu da bilməlisiniz ki, bu gün Fransa Senatında senatorlardan kimlərsə bu sənədə qarşıdırsa, bu məsələdə Azərbaycan- Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, xüsusilə Mehriban xanım Əliyevanın böyük rolu olmuşdur".
Vitse-spiker onu da qeyd edib ki, Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin hər birinə bu məsələ ilə bağlı tapşırıqlar verilib. B.Muradova bildirib ki, Türkiyə Fransanın Əlcəzairdə törətdiyi soyqırımı məsələsinə toxunur: "Əlbəttə, Fransanın üzqarası olan məsələlər gündəmə gətirilməlidir. Amma yaxın tarixdə baş vermiş şahidləri və şəhidləri mövcud olan Xocalı soyqırımı məsələsini gündəmə gətirmək daha effektli olardı. Məsələ ilə bağlı Türkiyədən arqumentli ciddi bir mövqe görmürük".
B.Muradova fevralın 1-də keçiriləcək yaz sessiyasının ilk iclasında deputatların məsələyə münasibət bildirəcəklərini diqqətə çatdırmışdır.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev isə bildirmişdir ki, Türkiyə Böyük Millət Məclisi Fransa Senatına qarşı hər hansı bir sənəd qəbul edəcəyi təqdirdə Azərbaycan parlamenti də müvafiq addım atacaq.

31 Yanvar 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar