→ İSTİ XƏBƏRLƏR  /  Bütün xəbərlər  /

HAVA PROQNOZU (İyulun 29-da)

Bakıda və Abşeron yarımadasında günəşli olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 23-27, gündüz 36-39, bəzi yerlərdə 41, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcəyə çatacaq.

Naxçıvan Muxtar Respublikasında günəşli olacaq. Şərq küləyi əsəcək . Gecə 20-25, gündüz 36-40, bəzi yerlərdə 42 dərəcə isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində günəşli olacaq. Şərq küləyi əsəcək. Gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Qazax-Gəncə-Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində Günəşli olacaq. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 35-39 dərəcə isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz bölgələrində günəşli olacaq. Şərq küləyi əsəcək. Gecə 19-24, gündüz 32-37 dərəcə isti olacaq.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında günəşli olacaq. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 37-40, bəzi yerlərdə 42 dərəcə isti olacaq.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı bölgəsində günəşli olacaq. Şərq küləyi əsəcək. Gecə 22-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 29-34 dərəcə isti olacaq.

29 İyul 2010, Cümə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS