→ İSTİ XƏBƏRLƏR  /  Bütün xəbərlər  /

HAVA PROQNOZU (31.01.2012)

Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 1-4 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaq. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 12-17, gündüz 0-5 dərəcə şaxta olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində fasilələrlə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 8-13 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, dağlarda gecə 13-18, gündüz 4-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta olacaq.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 1-6 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Masallı- Lənkəran- Astara- Lerik, Yardımlı bölgələrində fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 0-4 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-4 dərəcə şaxta olacaq.

31 Yanvar 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar