→ İSTİ XƏBƏRLƏR  /  Bütün xəbərlər  /

HAVA PROQNOZU (02.02.2012)

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yenidən kəskinləşəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir. Çovğun olacağı ehtimalı var. Gecə və gündüz 0-3 dərəcə şaxta, Bakıda gecə və gündüz 1-3 dərəcə şaxta olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 773 mm civə sütununadək yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq. Yollar buz bağlayacaq.


Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy bölgələrində fasilələrlə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclü qərb küləyi əsəcək. Gecə 12-17, gündüz 0-5 dərəcə şaxta olacaq.


Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl bölgələrində fasilələrlə qar yağacağı gözlənilir. Arabir güclü qərb küləyi əsəcək. Gecə 4-6, gündüz 0-3 dərəcə şaxta olacaq.


Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar- Xaçmaz bölgələrində qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclü olacaq. Gecə 5-10, gündüz 0-5 dərəcə şaxta, dağlarda gecə 12-17, gündüz 5-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta olacaq.


Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclü olacaq. Gecə 3-6 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.


Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı bölgələrində qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Gecə və gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq.

2 Fevral 2012, Cümə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar