→ SƏHİYYƏ  /  Bütün xəbərlər  /

Azərbaycan və Litvanın səhiyyə nazirlikləri arasında saziş imzalanmışdır

Sentyabrın 12-dən 15-dək Bakıda keçirilən Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Litva Respublikası nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Raimondas Şukys ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Litva Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində birgə əməkdaşlığa dair saziş imzalanmışdır.
Nazir O.Şirəliyev səhiyyə sahəsinin bir çox aspektlərini özündə əks etdirən sazişin hər iki ölkə üçün əhəmiyyətini qeyd etmişdir. Görüşdə bildirilmişdir ki, sənəddə səhiyyə sahəsinə dair bir çox məsələlər, o cümlədən məlumat və ekspert mübadiləsi, həyata keçirilmiş islahatlar, tibbi sığorta, həkim və tibb bacıları üçün təlimlərin birgə təşkili, ikitərəfli əməkdaşlıq layihələrinin hazırlanması kimi vacib məsələlər əksini tapmışdır.
Eyni zamanda, səhiyyə naziri Oqtay Şirəliyev Belarus nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Vasili Jarko, Rusiya Federasiyasının səhiyyə nazirinin müavini Veronika Skvartsova ilə də görüşmüşdür.
Görüşlərdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsinə dair əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

17 Sentyabr 2011, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar