→ FƏRMANLAR  /  Bütün xəbərlər  /

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1001; 2008, № 12, maddə 1057; 2010, № 7, maddə 617; 2011, №1, maddə 21) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nda "Sumqayıt Baş Gömrük İdarəsinin rəisi - gömrük xidməti general-mayoru" abzasından sonra aşağıdakı məzmunda abzas əlavə edilsin:
"Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini - gömrük xidməti general-mayoru".

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar 2012-ci il

25 Yanvar 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
Rubrikada son xəbərlər
1 Yanvar