→ MƏDƏNİYYƏT  /  Bütün xəbərlər  /

TÜRKSOY çərçivəsində 2012-ci ilin "M.F.Axundzadə ili" elan edilməsi ilə əlaqədar Ankarada tədbir keçirilmişdir

Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinin TÜRKSOY çərçivəsində qeyd edilməsi və 2012-ci ilin həmin təşkilat tərəfindən "M.F.Axundzadə ili"nin elan edilməsi ilə əlaqədar Türkiyənin Ankara şəhərində TÜRKSOY təşkilatının qərargahında keçirilən rəsmi açılış mərasimində iştirak etmişlər.
Tədbirdə Türkiyənin mədəniyyət naziri Ərtoğrul Günay, TÜRKSOY təşkilatının Baş katibi Düssen Kaseinov, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Nikolaz Rurua, AMEA-nın alimləri və digərləri də qoşulmuşlar. Tədbir zamanı M.F.Axundzadə yaradıcılığına aid kitablar TÜRKSOY təşkilatına təqdim olunmuş, ədibin həyat və yaradıcılığına həsr edilmiş "Sabahın elçisi" adlı film nümayiş etdirilmişdir.
"M.F.Axundzadə ili"nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilməkdədir.

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

 

4 Fevral 2012, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar