→ MƏDƏNİYYƏT  /  Bütün xəbərlər  /

Tanınmış müğənni və bəstəkar Emin Ağalarov Moskva və Sankt-Peterburqda geniş konsert proqramları ilə çıxış edəcəkdir

Tanınmış müğənni və bəstəkar Emin Ağalarovun Moskva və Sankt-Peterburq şəhərlərində təqdim edəcəyi konsert proqramlarının tarixi bəlli olmuşdur.
AzərTAc Emin Ağalarovun rəsmi saytına istinadla xəbər verir ki, Sankt-Peterburq şəhərindəki konsert fevralın 11-də "Lenkonsert", eləcə də fevralın 13-də "Buz sarayı" salonlarında reallaşacaqdır.
Müğənninin fevralın 14-də Moskvanın "Olimpiya" zalında keçiriləcək konsertində isə Rusiyanın tanınmış səhnə ulduzları da iştirak edəcəklər.
Proqrama tanınmış müğənni və bəstəkarın hitləri ilə yanaşı, yeni mahnıları da daxil ediləcəkdir.

AzərTAc

24 Yanvar 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar