→ MƏDƏNİYYƏT  /  Bütün xəbərlər  /

Azərbaycanı "Eurovision - 2012" mahnı müsabiqəsində təmsil edəcək ifaçı fevralın 12-də bəlli olacaq

APA-nın məlumatına görə, fevralın 12-də Heydər Əliyev Sarayında milli final təşkil olunacaq. Beş finalçı - Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İsmayılova "Eurovision 2012"də Azərbaycan təmsilçisi adı uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, ötən il Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal birincilik əldə etmişlər. Qalib ölkə kimi bu il müsabiqəyə Azərbaycan ev sahibliyi edir. Təmsilçimiz bu il birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.

5 Fevral 2012, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar