→ REKLAMLAR və ELANLAR  /  Bütün xəbərlər  /

"Norm" MMC "Qızıldaş Sement"

"Norm" MMC "Qızıldaş Sement" zavodunun sel sularına qarşı mühafizə sisteminin inşası məqsədilə
TENDER ELAN EDİR
Bakı şəhərinin mərkəzi poçtundan 55 km məsafədə, Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2.6 km şimalda, 160 ha ərazidə "Norm" MMC tərəfindən istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edən "Qızıldaş Sement" zavodu inşa ediləcəkdir.
Yeni inşa ediləcək "QIZILDAŞ SEMENT" zavodunun sel sularına qarşı mühafizə sisteminin inşası nəzərdə tutulur. Bu məqsədlə "Norm" MMC tender elan edir və bu sahədə səriştəli, təcrübəli şirkətləri tenderdə iştirak etməyə dəvət edir.
Tenderdə iştirak etmək niyyətində olan şirkətlərdən aşağıdakı sənədləri 08.02.2012-ci il, saat 18.00-dək şirkətin ofisinə təqdim etmələri xahiş olunur:
- niyyət məktubu
- bu tip sistemlərin inşası üzrə şirkət tərəfindən son iki il ərzində həyata keçirilmiş layihələrlə bağlı məlumat və fotoşəkillər, habelə sifarişçi rəyləri;
- şirkətin son bir il üzrə maliyyə hesabatı;
- şirkətin qeydiyyata alınması haqqında sənədin surəti (notarius tərəfdən təsdiqlənmış);
- işçi heyətinin tərkibi, diplom və ya sertifikatların surəti;
İddiaçılar "Norm" şirkətinin aşağıdakı ünvanda yerləşən ofisindən əlavə məlumat ala bilərlər:
Əlaqələndirici şəxs: Rüfət Ağayev (077 277 14 70)
Ünvan: AZ1022, Azərbaycan Respublikası, Bakı şəhəri, Bakıxanov küçəsi 6, Bridge Plaza, 7-ci mərtəbə.
Telefon/Faks: (+99412) 404 54 00/10

3 Fevral 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar